7 iyun 2011 13:54
Neftçi ÇL-in hazırlığına başladı
"Neftçi" PFK UEFA Çempionlar Liqasının 2011/12 mövsümünün hazırlığına start verib. Azerisport.az xəbər verir ki, bu gün flaqmanın futbolçularının bir qismi məşq edib, digərləri isə tibbi müayinədən keçiblər.
Baş məşqçi Arif Əsədovun rəhbərliyi altında keçən hazırlıqda futbolçular isinmə hərəkətləri və yüngül qaçışla kifayətləniblər. Sabah isə tibbi müayinədən keçənlər məşqdə iştirak edəcək, digərləri tibbi müayinədən keçəcəklər.
Qeyd edək ki, müxtəlif yığma komandaların düşərgəsində olan futbolçular hazırlığa qatılmayıblar.
