7 iyun 2011 14:03
Sabiq prezidentlə baş katib AFFA-nın dəvətindən imtina edib
AFFA-nın sabiq prezidenti Fuad Musayevlə sabiq baş katibi Fuad Əsədov Azərbaycan futbolunun 100 illik tədbirlərinə dəvət olunsalar da, bundan imtina ediblər. Azerisport.az xəbər verir ki, futbol təsərrüfatımızın sabiq rəhbərləri dünən “Buta Palace”da baş tutan mərasimə qatılmayıblar.
Lakin AFFA-dan aldığımız məlumata görə, hər iki sabiq federasiya rəsmisinə bu mərasimdə iştirak üçün dəvət göndərilibmiş. Onların tədbirə qatılmamasının səbəblərinə gəlincə, Əsədov həmin vaxt rayonda olub. Musayevin isə səhhətində problem olduğu üçün yubileyə gəlməyib.
