7 iyun 2011 14:24
Premyer Liqa klubunda yeni baş məşqçi
Mark Hugesin istefasından sonra özünə yeni baş məşqçi axtarışlarını davam etdirən İngiltərənin “Fulham” klubu nəhayət istədiyini tapıb. Azerisport.az xəbər verir ki, klub rəhbərliyi artıq Martin Yolla anlaşdıqlarını rəsmən bəyan edib.
Klubun rəsmi saytında yayımlanan xəbərdə bildirilir ki, Yolla 1 illik müqavilə bağlanılıb. Lakin bir il sonra tərəflərin yenidən danışıqlar masası arxasına oturması lazım gələcək. Yəni Huges kimi Yol da müqavilə müddəti başa çatan kimi asanlıqla gedə bilməyəcək.
Qeyd edək ki, Martin Yol “Fulham”dən öncə 2004-2007-ci illər aralığında “Tottenham”dəki fəaliyyəti ilə tanınır. Onun son iş yeri isə Hollandiyanın “Ajax” klubu olu.
