7 iyun 2011 14:46
AÇ-2012-nin seçmə oyununda azərbaycanlı referi
UEFA Azərbaycanlı FİFA hakimlərindən Anar Salmanovu AÇ-2012-nin seçmə mərhələ oyununa təyin edib. Azerisport.az xəbər verir ki, o, bu gün keçiriləcək Belarus – Lüksemburq qarşılaşmasını idarə edəcək.
Maraq üçün xatırladaq ki, bu qarşılaşma Minskdəki “Dinamo” stadionunda keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə 22:00-da başlayacaq. Bu görüşün Salmanovun idarə edəcəyi ilk belə mötəbər beynəlxalq qarşılaşma olduğunu da vurğulayaq.
Yeri gəlmişkən, Salmanova bu işdə həmyerlilərimiz Mehman Mahmudovla Vaqif Musayev kömək edəcək. Dördüncü hakim funksiyasını isə Fariz Yusifov yerinə yetirəcək.
Onların işinə avstriyalı hakim-inspektor Konrad Plauts qiymət verəcək.
