7 iyun 2011 15:01
AFFA jurnalistlər üçün qapı ayırdı
AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində bu gün keçiriləcək Azərbaycan – Almaniya oyununu işıqlandıracaq mətbuat nümayəndələrinin stadiona rahat daxil olmasına şərait yaratmaq üçün ayrıca giriş qapısı müəyyənləşdirilib. Azerisport.az xəbər verir ki, mətbuat nümayəndələri Tofiq Bəhramov adına Respublika stadionunun Cənub darvazasından (tablonun sağ tərəfindəki, qonaq komandanın stadiona daxil olduğu qapı istiqamətindəki darvaza) arenaya daxil ola bilərlər.
Qeyd edək ki, Azərbaycan – Almaniya oyununu bu gün saat 22:00-da, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
