7 iyun 2011 15:17
Hummels: Azərbaycan yaxşı oyun sərgiləyir
Almaniya yığmasının müdafiəçisi Mats Hummels bu gün keçiriləcək Azərbaycanla AÇ-2012-nin seçmə oyunu öncəsi maraqlı fikirlər səsləndirib. Azerisport.az xəbər verir ki, Dortmund “Borussia”sının arxa xətt oyunçusu komandamızı belə qiymətləndirib:
“Azərbaycan yaxşı oyun sərgiləyir. Buna görə də hesab edirəm ki, stadionda möhtəşəm atmosfer olacaq. Bu da şübhəsiz çox emosional olur”.
“Azərbaycan yaxşı oyun sərgiləyir. Buna görə də hesab edirəm ki, stadionda möhtəşəm atmosfer olacaq. Bu da şübhəsiz çox emosional olur”.
Bu futbolçu Bakıya ötənilki səfərini də xatırlayıb. Qeyd edək ki, həmin vaxt “Borussia”nın heyətində “Qarabağ”la qarşılaşmaq üçün gələn Hummels bunları vurğulayıb: “Təəssüf ki, həmin vaxt mən Bakını tam görə bilməmişdim. Amma təbii ki, bu, maraqlı bir təcrübə olmuşdu”.
