7 iyun 2011 15:42
AFFA hakimlərimizi Sloveniyaya göndərir
AFFA bu yay da hakimlərin növbəti mövsüm öncəsi hazırlıq səviyyəsini daha da yaxşılaşdırması üçün təlim-məşq toplanışı təşkil etməyə hazırlaşır. Azerisport.az xəbər verir ki, futbol qurumunun rəhbərliyi bu dəfə ədalət təmsilçilərimizi Sloveniyaya göndərmək qərarına gəlib.
Belə ki, adətən Türkiyənin Antalya şəhərini özlərinə məskən seçən AFFA Hakimlər Komitəsi bu dəfə fərqli məkan seçib. Qeyd edək ki, toplanışda 33 hakimin iştirakı planlaşdırılır.
Təlim-məşq toplanışı zamanı hakimlərimiz Sloveniya, Slovakiya, Xorvatiya və Avstriya klublarının oyunlarını idarə etmək şansı da qazanmış olacaqlar. Bundan əlavə “Bakı” da yay hazırlığını bu ölkədə keçirəcəyindən, paytaxt klubunun yoldaşlıq görüşlərinin də öz hakimlərimiz tərəfindən idarə olunması istisna olunmur.
