7 iyun 2011 16:00
DÇ-nin rəsmi emblemi təsdiqləndi (FOTO)
Azərbaycan futbolunun 100 illik yubileyi münasibətilə iyunun 6-da, “Buta Palace”da keçirilmiş təntənəli mərasim daha bir mühüm hadisə ilə əlamətdar oldu. Azerisport.az xəbər verir ki, 2012-ci ildə Azərbaycanda keçiriləcək 17 yaşadək qızlardan ibarət komandalar arasında dünya çempionatının rəsmi emblemi FİFA-nın prezidenti Yozef Blatter tərəfindən təqdim edildi.
Xatırladaq ki, FİFA İcraiyyə Komitəsinin 19 mart 2010-cu il tarixli iclasında 17 yaşadək qızlardan ibarət komandalar arasında DÇ-2012-nin Azərbaycanda keçirilməsi barədə qərar qəbul olunub.
