7 iyun 2011 16:25
“Düşünmürəm ki, bu, Azərbaycanla qarşılaşmada hansısa problem yaratsın”
Almaniya yığmasının müdafiəçisi Marsel Şmelser bu gün keçiriləcək Azərbaycanla AÇ-2012-nin seçmə oyunu öncəsi maraqlı fikirlər səsləndirib. Azerisport.az xəbər verir ki, Dortmund “Borussia”sının arxa xətt oyunçusu komandamızla qarşılaşmada səhvə yol verməyəcəklərini iddia edib:
“Biz artıq son oyundakı səhvlərimizi analiz etmişik. Avstriyadakı səhvlərin təkrarlanmaması üçün çalışmışıq. Buna görə də əminəm ki, Azərbaycanla oyunda həmin səhvlər təkrarlanmayacaq”.
O, həmçinin bildirib ki, ağır mövsümdən çıxmalarına rəğmən, 90 dəqiqə mübarizə aparmağa hazırdılar: “Mən də hesab edirəm ki, belə ağır mövsümdən sonra yaxşı istirahətə ehtiyac var. Amma düşünmürəm ki, bu, Azərbaycanla qarşılaşmada hansısa problem yaratsın. Biz lazımı nəticəni qazana biləcək gücdəyik”.
