7 iyun 2011 17:03

Blatter İçərişəhərdə (FOTOREPORTAJ)

Azərbaycan futbolunun yüzillik tədbirlərində iştirak etmək üçün ölkəmizdə səfərdə olan FİFA prezidenti Zepp Blatter bu gün Bakı şəhərini gəzib, İçərişəhərdə olub. Azerisport.az xəbər verir ki, onu bu səyahəti zamanı AFFA prezidenti Rövnəq Abdullayev başda olmaqla qurumun bir sıra rəsmiləri müşaiyət edib.
 
Qonaq Bakı şəhərinin tarixi mərkəzi ilə tanış olub. Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən verilən məlumata görə, tanışlıq Bakının, eləcə də Azərbaycanın ən möhtəşəm və sirli memarlıq abidəsi olan Qız Qalası ilə başlayıb.
 
Blatterə abidənin tarixi və burada yenicə başlamış bərpa və muzey konservasiyası işləri barədə məlumat verilib. FİFA prezidenti iyunun 7-də keçiriləcək Azərbaycan - Almaniya matçında öz komandalarını dəstəkləməyə gəlmiş alman və yerli futbol azərkeşləri ilə xatirə şəkli çəkdirib. Daha sonra Blatter A.Zeynallı küçəsindəki XV əsrdə tikilmiş və Şirvanşah I Xəlilullah tərəfindən Bakı sakini Qasım bəyə və onun varislərinin istifadəsinə verilmiş 2 mərtəbəli Karvansara barədə məlumatlandırılıb. Qeyd edilib ki, qədim Şərq həyatının ən mühüm atributlarından olan karvansara bu gün təyinatı üzrə istifadə olunmasa da, qədim tariximizin bir parçası kimi buraya gələn qonaqlarda maraq doğurur.
 
FİFA prezidenti İçəri Şəhərin ən qədim məscidlərindən biri - 1169-cu ildə ustad Nəcəf Aşur İbrahim oğlu tərəfindən inşa edilmiş Aşur məscidi və yaxınlıqdakı Cümə məscidi ilə tanış olub. Sonda Yozef Blatter ötən il bərpa olunmuş “Kiçik Karvansara” abidəsində yerləşən təsviri və dekorativ-tətbiqi incəsənət mərkəzi – “İncəsənət Bağı”nda olub, burada ona və nümayəndə heyətinin üzvlərinə xatirə hədiyyələri təqdim edilib.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.