7 iyun 2011 17:19
İnter ilk transferini reallaşdırdı (FOTO)
"İnter" ilk transferini reallaşdırıb. Azerisport.az xəbər verir ki, mövsüm başa çatandan sonra 11 oyunçusu ilə yollarını ayıran bank klubunun ilk transferi yerli futbolçu olub.
Belə ki, "İnter" bu gün "Gəncə"nin yarımmüdafiəçisi Samir Zərgərovu heyətinə qatıb. Onunla bir illik müqavilə imzalanıb.
Qeyd edək ki, son mövsüm "Gəncə"nin formasını geyinən Samir sentyabr ayında Premyer Liqanın ən yaxşı oyunçusu seçilmişdi. O, "Gəncə"dən əvvəl "Standard" və "Qəbələ" klublarının formasını geyinib.
Paytaxt klubu Zərgərova qədər David Odikadze, Filip Despotovski, Kaxaber Mjavanadze, Tofiq Mikayılov, Səbuhi İsmayılov, Camal Məmmədov, Nizami Hacıyev, Jivko Jelev, Mario Souza, Bronislav Çervenka və Danildo Assioli ilə yollarını ayırmışdı.
