7 iyun 2011 17:40
Millimizin sabiq üzvünü Superliqaya buraxmadılar
Türkiyənin “Mersin İdman Yurdu” klubu 11 oyunçusu ilə müqavilələrini yeniləsə də, 13 futbolçu ilə yollarını ayırmağa qərar verib. Azerisport.az xəbər verir ki, bu haqda qərar klubun rəsmi saytı vasitəsilə yayımlanıb.
Qeyd edək ki, bu klub ötən il Bank Asya birinci liqada çıxış edirdi. Lakin uğurlu mövsüm keçirərək, Superliqaya vəsiqə qazanan komanda rəhbərliyi bu işdə əməyi keçən futbolçuların böyük əksəriyyətinə qapını göstərib. Onların içindi millimizin sabiq üzvü Ernani Pereyra da var. Belə ki, müqavilələri olmasına rəğmən Kerem İnan, Eser Altın, Fatih Egedik, Fuat Onur, Burak Karaduman, Veysel Kılıç ilə yollarını ayıran “Mersin İdman Yurdu” sözləşməsinin müddəti başa çatan Ernani Pereyra, Hüseyin Yoğurtçu, Erdal Güneş, Şehmuz Özer, Tuna Kaya, Faruk Bayar ve Eren Şen ilə də müqavilə bağlamaq istəmədiyini açıqlayıb.
Əvəzində klub rəhbərliyi sadəcə Josef Boum, Nduka Morrison, Fatih Şen, Mehmet Polat, Erman Özgür, İlhan Özbay, Hasan Üçüncü, Nurullah Kaya, Cengiz Biçer, Tunç Murat Behram, Özenç Albayrak ilə yollarına davam edəcəklərini bildirib.
