7 iyun 2011 18:04

AFFA kampaniyaya qarşı anti-kampaniyaya əl atdı

Bu gün AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda Azərbaycan və Almaniya milli komandası qarşılaşacaq. Azerisport.az xəbər verir ki, bir neçə gün öncə səfərdə Qazaxıstana uduzduqdan sonra, millimizin azarkeşləri bu dəfəki oyunda stadiona getməkdə elə də maraqlı deyil.
 
Belə ki, artıq bəzi fanat qruplaşmaları, fan-klublar hətta tərəfdarları Almaniya ilə oyuna getməmək üçün kampaniya da aparmaqdadı. Buna cavab olaraq, AFFA da bəzi fan-klubların rəhbərlərinin köməyinə ehtiyac duyub. Belə ki, federasiya rəhbərliyi də AFFA-nın rəsmi saytında bəzi fan-klub fəallarının vasitəsilə azarkeşləri Almaniya ilə oyuna səsləyib. Həmin müraciətləri olduğu kimi təqdim edirik:
 
Elmir Şərifli (Sektor-11 fan-klubunun rəhbəri): «Bütün azarkeşləri Almaniya yığması ilə oyunda millimizə dəstək olmağa çağırıram. Bu prinsipial oyunda yumruq kimi birləşib millimizi sonacan dəstəkləməliyik. Futbolçularımızı ruhdan salmağın heç bir mənası yoxdur. Futbolda udmaq da olur, uduzmaq da. Qazaxıstan yığmasına məğlubiyyətə görə millimizə arxa çevirməməliyik. AFFA rəhbərliyi Sektor-11 fan-klubuna pulsuz bilet verməklə öz dəstəyini nümayiş etdirib. Biz də öz növbəmizdə tribunalardan millimizi dəstəkləyəcəyik».
 
Toğrul Səfərli (Sektor-11 fan-klubunun idarə heyətinin üzvü): «Milli komanda hamımızındır. Onları ruhdan salmamalıyıq. İndi bayraq, himn, vətən uğrunda birləşmək vaxtıdır. Belə prinsipial oyunda futbolçuların və məşqçi heyətinin əhvalını korlamamalıyıq. Biz Sektor-11 olaraq millinin son məşqində iştirak edib, onlara mənəvi dəstək olduğumuzu nümayiş etdirmişik. Digər fan-klublardan da bizə qoşulmalarını, millimizə dəstək olmalarını gözləyirik. Yenə deyirəm himnə, bayrağa vətənə görə, Azərbaycan adına görə millimizdən dəstəyimizi əsirgəməməliyik. Buradan futbolçulara səslənirik: Biz daim sizin tərəfinizdəyik».
 
Elçin Həsənov («İnter» klubunun İctimaiyyətlə Əlaqələr üzrə kordinatoru): «Hər oyunda millimizə öz dəstəyimizi nümayiş etdirmişik. Almaniya ilə oyunda da fan-klub olaraq mütəşəkkil şəkildə tribunalardakı yerimizi alacağıq. Artıq bununla bağlı xüsusi hazırlıq görmüşük. Bayraqlarla, şərflərlə «silahlanmışıq». Nəticədən asılı olmayaraq, 90 dəqiqə dəstəyimizi nümayiş etdirəcəyik. Bütün azarkeşləri oyunun son fitinədək millimizə dəstək olmağa səsləyirəm».
 
Elməddin Cəfərov («Şəfəq» fan-klubunun rəhbəri): «Biz «Şəfəq» fan-klubu olaraq sonadək millimizə dəstək olacağıq. Almaniya yığması ilə oyunda dəstəkdən çox şey asılıdır. Futbolçular azarkeş dəstəyini hiss edəndə daha həvəslə oynayırlar. Onlar da istəmirlər ki, meydanı məğlub tərk etsinlər. Hər şey birdən-birə qurulmur. Bu futboldur. Yavaş-yavaş inkişaf edir. 4-5 il əvvəlki futbolumuz ilə müqayisədə xeyli yol qət etmişik. Futbolumuza rəhbərlik edən şəxslər öz işlərini çox yaxşı bilirlər. Bir daha tribunalara təşrif buyuracaq azarkeşləri millimizə dəstək olmağa çağırıram».

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.