7 iyun 2011 18:33
Sevilla`nın yeni baş məşqçisi müəyyənləşdi
Yeni mövsüm öncəsi baş məşqçi axtarışlarını davam etdirən “Sevilla” rəhbərliyi nəhayət ki, bu arzusuna çatıb. Azerisport.az xəbər verir ki, klub rəhbərliyi komandanın sükanını Marselinyo Qarsiya Torala həvalə edib.
Qeyd edək ki, bu mütəxəssis “Sevilla”dan öncə də La Liqa klubunda çalışırdı. Toral xüsusilə də son mövsümdə “Racing”i elitada saxlamaqla özündən söz etdirməyi bacarmışdı.
Lakin Santander təmsilçisini “Sevilla”ya dəyişən mütəxəssis bu klubla daha iddialı olacaqlarını bəyan edib.
