7 iyun 2011 21:47
Foqts fitə basıldı, milli üzvləri isə yox
Futbol üzrə yığma komandamız bu gün Almaniya ilə oyundan öncəki isinmə hərəkətlərinə çıxarkən fitə basılmayıb. Azerisport.az xəbər verir ki, çoxları Qazaxıstana 1:2 hesablı biabırçı yenilgidən sonra Bakıdakı görüşdə bunu gözləsə də, fanatlar komandanı çətin qarşılaşma ərəfəsində sındırmaq istəməyib.
Amma əvəzində tərəfdarlar baş məşqçi Berti Foqtsdan acığını çıxıb. Belə ki, futbolsevərlərimiz onu xoşagəlməz səslərlə, fitə basmaqla qarşılayıb.
