7 iyun 2011 23:03
Qarabağ`a Avroliqa ərəfəsində böyük şok
Millimizin bu gün keçirilən AÇ-2012-nin seçmə mərhələsinin Almaniya ilə oyununa Rauf Əliyevsiz çıxmasının səbəbi müəyyənləşib. Azerispor.az xəbər verir ki, “Qarabağ”ın forvardı nəinki start, heç əvəzidi heyətdə də yer almayıb.
Buna isə onun Astanada keçirilən Qazaxıstanla səfər matçında ciddi zədə alması səbəb olub. Buna baxmayaraq, yalnız bu gün məlum olub ki, Əliyev düz bir ay yaşıl meydana çıxa bilməyəcək. Bu isə onun Ağdam klubuna Avropa Liqasının start matçlarında da kömək edə bilməyəci anlamına gəlir.
