7 iyun 2011 11:42
Foqtsun komandasının qapıçısına 5 aylıq həbs cəzası
Almaniyanın “Borussia” (Münhenqladbax) klubunu qapıçısı Loqan Bailli 5 aylıq həbs cəzasına məruz qalıb. Azerisport.az xəvər verir ki, o, bu cəzanı adam döydüyü üçün çəkməli olacaq.
Qeyd edək ki, onlar haqqında bu qərar heç də Almaniyada yox, Belçikada çıxarılıb. Bu ölkənin Lyej şəhər məhkəməsi 2008-ci ildə baş vermiş olayların ardından həm Bailli, həm də onun qardaşı haqda həbs qərarını verib.
Hadisə isə belə olub. 2008-ci ilin may ayında Lyejdə bir parkda Bailli ilə qardaşına yerli “Standard” klubunun iki azarkeşi sataşıb. Lakin onların bu hərəkəti sonda döyülmələrinə gətirib çıxarıb. Nəticədə həmin tərəfdarlardan birinin burnunun qırılıb. Digərinin isə hələ də sağlıq durumunda problem olduğu iddia olunur.
Artıq cəza evinə göndərilən “Borussia”nın qapıçısı son mövsümdə komandasıyla 15 matça çıxmışdı. Qeyd edək ki, Münhenqladbax klubu həm də millimizin baş məşqçisi Berti Foqtsun doğma komandasıdı.
