7 iyun 2011 12:23
Bakı`nın sabiq baş məşqçisi Rumıniya yığmasında?
Bu günlərdə Rumıniya millisindən istefaya gedən Mirça Luçeskunun oğlu Razvan Luçeskunun boş qalan postuna namizədlərin sayı gündən-günə çoxalır. Azerisport.az xəbər verir ki, artıq almaniyalı Vinfrid Şefer də həmin siyahıda yer almağa başlayıb.
Almaniya və Rumıniya mətbuatının iddiasına görə, rumınların yeni baş məşqçisi məhz “Bakı”nın sabiq çalışdırıcısı ola bilər. Qeyd edək ki, Şefer Aleksandr Starkovdan öncə məhz paytaxt klubunun sükanı arxasında çalışırdı.
Maraq üçün qeyd edək ki, Rumıniya yığmasının baş məşqçisi postuna namizədlərdən biri də “Xəzər Lənkəran”ın çalışdırıcısı Mirça Rednik göstərilir.
