7 iyun 2011 00:45
Jorj Leekens Bakıda qələbə qazanmağın planlarını cızır
AÇ-2012-nin seçmə mərhələsində millimizin rəqiblərindən olan Belçika yığmasının baş məşqçisi Jorj Leekens artıq indidən Bakıdakı oyunda qələbə qazanmağın planlarını cızır. Azerisport.az xəbər verir ki, o, bu günlərdə verdiyi açıqlamada millimizlə səfər oyunu barədə bunları dilə gətirib:
“Bizə Azərbaycan və Qazaxıstan ilə oyunlarda qələbə qazanmaq çox vacibdi. Çünki mütləq bu oyunlardan 6 xalla ayrılmalıyıq. Komandamız özündə AÇ-2012-nin final mərhələsinə çıxmağa güc hiss edir. Qitə birinciliyində iştirak etmək üçün əlimizdən gələn hər şeyi edəcəyik”.