8 iyun 2011 12:56
Filip Lam millimiz üzərində qələbəni dəyərləndirdi
Almaniya yığmasının kapitanı Filip Lam AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində Bakıda keçirilən millimizlə oyunu şərh edib. Azerisport.az xəbər verir ki, 3:1 hesablı qələbəyə sevinən Bundestimin müdafiəçisi bunları dilə gətirib:
“Hər şeydən önəmli olan odu ki, biz Azərbaycanla oyunda da qələbə qazandıq. Axı bu, bizim yeddinci oyunumuzda yeddinci qələbəmiz idi. Hesab edirəm ki, bu qələbə sayəsində mövsümə uğurla yekun vura bildik. Məncə, bu göstəricini ideal hesab etmək olar”.