8 iyun 2011 01:18
Yoahim Löv: Futbolçularım yoğrun idilər
Almaniya yığmasının baş məşqçisi Yoahim Löv AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində millimiz üzərində qazandıqları 3:1 hesablı qələbəni şərh edib. Azerisport.az xəbər verir ki, Bundestimin çalışdırıcısı Bakıdakı oyundan sonra təşkil olunan mətbuat konfransında komandasının çıxını belə qiymətləndirib:
“Mənim oyunçularım maksimum nəticə üçün çalışırdılar. Biz yorğun idik, bəzi futbolçularımız zədəli idilər. Amma buna baxmayaraq, qələbə qazandıq. Buna görə komandama təşəkkürümü bildirmək istəyirəm”.
“Mənim oyunçularım maksimum nəticə üçün çalışırdılar. Biz yorğun idik, bəzi futbolçularımız zədəli idilər. Amma buna baxmayaraq, qələbə qazandıq. Buna görə komandama təşəkkürümü bildirmək istəyirəm”.
O, millimizin Türkiyə üzərindəki qələbəsini də xatırlayıb: “Azərbaycan yığması Türkiyə ilə oyunda olduğu kimi, bu gün də sona kimi döyüşdü. Bəzi anlarda biz həqiqətən yaxşı oynamadıq. Amma mən futbolçulardan sentyabrdakı kimi oyun tələb edə də bilməzdim. Azərbaycan yığmasının üzvləri isə ürəkdən oynayırdı, çox gözəl vuruşdular”.
Lakin o, komandamızın heyətində kimisə xüsusi fərqləndirmək istəməyib: “Biz bilirdik ki, Azərbaycan bu oyuna xüsusi köklənəcək. Xüsusilə də Türkiyə üzərindəki qələbənizi unutmurduq. Şadam ki, futbolçularımız rəqibi lazımınca dəyərləndirdi”.
