8 iyun 2011 13:21
Mesut Özil: Hamı gördü ki, yorğun idik
Almaniya yığmasının və İspaniyanın “Real” klubunun yarımmüdafiəçisi Mesut Özil AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində Bakıda keçirilən millimizlə oyunu şərh edib. Azerisport.az xəbər verir ki, 3:1 hesablı qələbəyə sevinən Bundestimin türk əsilli futbolçusu bunları dilə gətirib:
“Axır ki, istədiyimizə çata bildik. Qələbə qazandığımıza görə şadam. Qarşılaşmanı izləyən insanlar da görürdü ki, biz yorğun idik. Amma hər şeyə rəğmən, qələbə qazanmağı bacardıq”.
“Axır ki, istədiyimizə çata bildik. Qələbə qazandığımıza görə şadam. Qarşılaşmanı izləyən insanlar da görürdü ki, biz yorğun idik. Amma hər şeyə rəğmən, qələbə qazanmağı bacardıq”.
