8 iyun 2011 13:38
Anar Salmanovun penalti qərarı (VİDEO)
Xəbər verdiyimiz kimi, dünən azərbaycanlı FİFA referisi Anar Salmanov AÇ-2012-nin seçmə mərhələsi çərçivəsinddə ilk dəfə oyun idarə edib. Azerisport.az xəbər verir ki, həmyerlimiz Minskdə baş tutan Belarus - Lüksemburq matçında ədaləti qoruyub.
Matçın yan xətt hakimləri Mehman Mahmudovla Vaqif Musayev, dördüncü hakimi isə Fariz Yusifov olub. Onların işinə hakim-inspektoru Konrad Plauts qiymət verib.
Minsk şəhərindəki "Dinamo" stadionunda baş tutan qarşılaşmada Salmanov matçın nəticəsinə təsir edən qərar verib. Belə ki, qarşılaşmanın 48-ci dəqiqəsində Anton Putilo Sergey Kornilenkoya qarşı koubd oynayıb və Salmanov tərəddüd etmədən 11 metrlik nöqtəni göstərib. Topa yaxınlaşan Kornilenko dəqiq zərbə ilə hesabı açdı. 73-cü dəqiqədə daha bir qol vuran Belarus 2:0 hesablı qələbə qazanıb.
Anar Salmanovun idarə etdiyi oyundan görüntüləri təqdim edirik.
