8 iyun 2011 14:10
Yığmamızın üzvləri Rusiya çempionatında bir-birinə rəqib oldular
Futzal üzrə Azərbaycan yığmasının qapıçısı Andrey Tveryankin özünə yeni klub tapıb. Azerisport.az xəbər verir ki, təcrübəli qolkiper bundan sonra Moskvanın “Stroqino” klubunun şərəfini qoruyacaq.
Qeyd edək ki, Rusiya çempionatında çıxış edən bu komandanın ilk rəqibi də elə həmyerlilərimizin komandası olacaq. Belə ki, paytaxt klubunun qarşılaşacağı birinci rəqibi - “Delta”da Azərbaycan yığmasının digər üzvləri – Emin Kürdovla Elvin Quliyev çıxış edir.
