8 iyun 2011 14:22
Arif Əsədov millidəki yetirmələrindən razı qalıb
Azərbaycan çempionu “Neftçi”nin baş məşqçisi Arif Əsədov yığmamızın dünən keçirilən Almaniya ilə ev oyununu şərh edib. Azerisport.az saytına açıqlamasında paytaxt klubunun çalışdırıcısı 1:3 hesabıyla uduzduğumuz görüşdə yetirmələrinin çıxışını da qiymətləndirib:
“Astanada Qazaxıstana uduzduğumuz oyunla müqayisədə bu dəfə həm Ruslan Abışov, həm də Rail Məlikov daha normal oyun sərgilədi. Qazaxıstanda da pis oynamamışdılar. Amma yaxşı da çıxış etməmişdilər. Bütövlükdə, hesab edirəm ki, mənim futbolçularım normal çıxış etdilər”.