8 iyun 2011 02:38
Qarabağ`ın albanları: biri oynadı, digəri ehtiyatda qaldı
“Qarabağ”ın futbolçuları Ansi Aqolli ilə Admir Teli AÇ-2012-nin seçmə mərhələsində məğlubiyyətlə üzləşiblər. Azerisport.az xəbər verir ki, Ağdam klubunun futbolçuları - Ansi Aqolli və Admir Telinin forma geyindiyi Albaniya yığması səfərdə Bosniya və Hersoqovinyaya yenilib.
Meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə bitən oyunda ilk qola 67-ci dəqiqədə Haris Medunyanin imza atıb. 90+1-ci dəqiqədə isə Darko Maletiç hesab arasındakı fərqi artırmaqla yanaşı, yekun nəticəni müəyyənləşdirib.
Albaniya yığmasının baş məşqçisi Yosip Kuje Aqolliyə start heyətində şans verib və onu 60-cı dəqiqədə Andi Lila ilə əvəzləyib. Maraqlıdı ki, məhz Lila 87-ci dəqiqədə qırmızı vərəqə almaqla komandasının işini daha da çətinə salıb. Admir Teli isə matçı ehtiyat oyunçular skamiyasından izləyib.
