8 iyun 2011 14:43
İsgəndər Cavadov: Bizə reklam yox, futbol lazımdı
Azərbaycanın veteran futbolçusu, AFFA İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində dünən keçirilən Azərbaycan – Almaniya oyununu şərh edib. Azerisport.az saytına müsahibəsində o, komandamızın 1:3 hesablı yenilgisi ilə bağlı bunları dilə gətirib:
“Bir qol heç nəyi dəyişmir. Dünən nə gözlənilirdisə, o da oldu. Amma bizə xal lazımdı. Bizə reklam yox, futbol lazımdı. Biz bunlardan nəticə çıxarmalıyıq. Baş məşqçi bu oyunlara görə haqq-hesab verməlidi. Tsiklin sonunda mütləq nələrisə dəyişmək lazımdı”.