8 iyun 2011 02:48
İnter`in futbolçusu adada biabır oldu
“İnter”in yarımmüdafiəçisi Dmitri Kruqlov AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində növbəti məğlubiyyətinə üzülüb. Azerisport.az xəbər verir ki, ölkəmizdə top qovan futbolçunun çıxış etdiyi Estoniya yığması Farer adaları ilə səfər matçında şok yenilgiylə üzləşib.
Belə ki, “cırtdan ölkə” təmsilçisi seçmə mərhələdə ilk qələbəsini məhz estonlarla oyunda qazanıb - 2:0. Qarşılaşmada hesabı 43-cü dəqiqədə penaltidən dəqiq yararlanan Frodi Benjaminsen açıb. 47-ci dəqiqədə isə Arnbyorn Hansen fərqi daha da arırıb. Hər iki komanda matçı 10 nəfərlə bitirib. 57-ci dəqiqədə Kruqlovun komandası Sander Purinin qırmızı vərəqə almasına üzülüb. Meydan sahiblərinin heyətində isə 89-cu dəqiqədə Poul Yustinusen meydanı vaxtından öncə tərk etmək məcburiyyətində qalıb.
Estoniya yığmasının baş məşqçisi “İnter”in oyunçusuna start heyətində şans verib və Dmitri Kruqlova qarşılaşmanı əvəzedilmədən keçirib. “Neftçi”nin sabiq oyunçusu Taavi Ryahn da sona kimi meydanda qalan futbolçulardan olub.
