8 iyun 2011 15:02
Serbiyalı qapıçı Neftçi`nin düşərgəsində
"Neftçi" PFK UEFA Çempionlar Liqasına hazırlığı davam etdirir. Azerisport.az xəbər verir ki, dünən tibbi müayinədən keçən futbolçular bu gün baş məşqçi Arif Əsədovun rəhbərliyi altında məşq ediblər.
Dünən gecə Bakıya gələn Serbiyanın "Srvena Zvezda" klubunun qapıçısı Saşa Stamenkoviç də klubun düşərgəsindədi. Qolkiperin "Neftçi"dəki gələcək karyerası haqqında danışıqlar davam edir.
Qeyd edək ki, müxtəlif yığma komandaların düşərgəsində olan futbolçular bu günkü hazırlığa qatılmayıblar.
