8 iyun 2011 15:10
“Anlaya bilmirəm ki, komanda niyə Astanada da belə oynamadı?”
Milli komandamızın və “Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Ağasəlim Mircavadov dünən keçirilən Azərbaycan – Almaniya matçını şərh edib. Azerisport.az saytına müsahibəsində təcrübəli mütəxəssis bunları dilə gətirib
“Vurduğumuz qol heç nəyi dəyişmədi. Sadəcə ona sevinə bilərik ki, qol vura bilirik. Eyni zamanda meydandakı komanda futbol oynamaq istəyirdi. Bir şeyi anlaya bilmirəm ki, komanda niyə Astanada da belə oynamadı?

Almanlarla oyunda Rahid Əmirquliyev mənim çox xoşuma gəldi. Amma bir oyun heç nəyi dəyişmir. Avropada bizə zəif rəqib gözüylə baxmamalıdılar”.