8 iyun 2011 03:14

Yığmamızın rəqibi Starkovu da məyus etdi

Ötən gecə Avropanın yaşıl meydanlarında AÇ-2012-nin seçmə mərhələ həyəcanı ilə yanaşı bir sıra yoldaşlıq görüşləri də keçirilib. Azerisport.az xəbər verir ki, bu yoldaşlıq oyunları içində sadəcə Avropanın yox, dünyanın müxtəlif ölkələrini təmsil edən yığmalar qüvvəsini sınayıb.
 
Avstraliya – Serbiya, Yaponiya – Çexiya, eləcə də Rusiya – Kamerun qarşılaşmaları elə başladığı kimi də başa çatıb – 0:0. Sinqapur isə Maldiv adalarını darmadağın edib. Koreya Qananı məğlub yola salarkən, Norveç də Litvadan güclü olub. Qabon isə doğma meydanda Qambiyaya yenilgidən qaça bilməyib.
 
Daha maraqlı qarşılaşmalardan biri İrlandiya və İtaliya yığmaları arasında baş tutub. İrlandlar 2 cavabsız qol vuraraq, gözlənilməz qələbəyə seviniblər. Lakin son dünya çempionu İspaniya Venesuela ilə qarşılaşmada oxşar sensasiyaya imkan verməyib.
 
“Bakı”nın baş məşqçisi Aleksandr Starkovun çalışdırdığı Latviya yığması isə səfərdə Avstriyanın qonağı olub. AÇ-2012-nin seçmə mərhələsində millimizlə eyni qrupda yer alan avstriyalılar ölkəmizdə çalışan mütəxəssisə məğlubiyyət acısı daddırıblar. Bu görüşdə millinin heyətinə dəvət etdiyi “Qarabağ”ın oyunçusu Andrey Rubinin xidmətindən yararlana bilməyən Starkov digər “azərbaycanlı”ya – AZAL-ın üzvü Ritus Krjauklisə də forma şansı qazandırmayıb. “Zolaqlılar”ın baş məşqçisi sadəcə “Xəzər Lənkəran”ın sabiq qapıçısı Denis Romanovu 90-cı dəqiqədə meydana buraxıb.
 
Yoldaşlıq oyunları
7 iyun

Avstraliya – Serbiya – 0:0
Yaponiya – Çexiya – 0:0
Koreya – Qana – 2:1
Sinqapur – Maldiv adaları - 4:0
Qabon – Qambiya – 0:1
Norveç – Litva – 1:0
Rusiya – Kamerun – 0:0
Avstriya – Latviya – 3:1
İrlandiya – İtaliya – 2:0
Venesuela – İspaniya – 0:3

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.