8 iyun 2011 15:47

Filipp Lam: Azərbaycan bu dəfə daha yaxşı oynadı

Almaniya yığmasının kapitanı Filipp Lam AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində Bakıda millimiz üzərində qazandıqları 3:1 hesablı qələbədən sonra müsahibə verib. Azerisport.az həmin müsahibə ilə sizi də tanış edir.
 
- Azərbaycanla bu dəfəki oyunu necə dəyərləndirərdiz?
- Əlbəttə, bizə hər oyunda Bastian Şvaynştayger və ya Miroslav Kloze kimi aparıcı futbolçular çox lazım olur. Amma bu gün komandamız onlarsız da qələbə qazandı. Bundestim əlа oyun keçirdi. Siz özünüz də gördünüz ki, Azərbaycan yığmasının qapısı qarşısında nə qədər qol vəziyyəti yaratdıq. Sadəcə, bəzi epizodlarda biz çox tələsirdik. Amma istənilən halda, hesab edirəm ki, baş məşqçi bizim oyunumuzdan razı qalıb. Hər şeydən önəmli olan odu ki, Azərbaycana qalib gəldik. Axı bu, 7-ci oyunda 7-ci qələbəmiz idi. İndi artıq Avropa çempionatı barədə düşünə bilərik.
 
- Qarşılaşmada azərbaycanlı futbolçular da xeyli qol epizodları yaratdılar. Bunu Bundestimin müdafiə xəttinin səhvləri kimi qeyd etmək olar?
- İki qol vurandan sonra bizdə arxayınlıq yaranmışdı. Razıyam ki, rəqib də məhz bundan istifadə edib, qol vurmaq istəyirdi. Azərbaycan yalnız oyunun sonunda bu istəyinə çata bildi. Amma buraxılan qola rəğmən, biz qələbə qazanacağımıza qətiyyən şübhə etmirdik. Çünki bu gün qələbə bizə daha çox lazım idi. Özü də aparıcı futbolçularımız da meydanda deyildi. Azərbaycan yığması da əvvəlki oyunlarla müqayisədə bu dəfə daha yaxşı çıxış etməyə çalışırdı. Ümumiyyətlə, ötənilki oyunla müqayisə etsək, rəqibimiz bu dəfə daha yaxşı oynadı. Yəqin ki, bu da oyunun Bakıda keçirilməsi ilə əlaqədar idi.
 
- Buraxılan səhvlər narahatlıq doğurur...
- Hər halda bu oyunda qələbə qazanan biz olduq. Avropa çempionatında Almaniyanı tam fərqli oyun gözləyir. Aydın məsələdi ki, hər rəqibə qarşı ayrıca köklənmə olur. Komandamızın bütün üzvləri sıraya dönəndə, daha yaxşı çıxış edəcəyimizi düşünürəm. Düzdü, iki qoldan sonra arxayınlaşmışdıq ki, bu, çox pisdi. Amma biz yenə oyuna nəzarəti itirməmişdik. Rəqib heç də öz hücumlarını asanlıqla təşkil edə bilmirdi.
 
- Bəs Berti Foqtsun komandası barədə nə deyərdiz?
- Onlar maksimum güclərini sərf etdilər. Onların böyük məqsədləri olmasa da, bu gün var gücləri ilə mübarizə aparırdılar, sona kimi döyüşdülər. Yaxşı oynadılar. Əlbəttə, səviyyə fərqi görünürdü. Aydın məsələdi ki, hər şeyi birdən-birə dəyişmək olmur.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.