8 iyun 2011 16:33
Çertoqanov: Heç də pis oynamadıq
Yığmamızın və “İnter”in yarımmüdafiəçisi Aleksandr Çertoqanov AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində dünən keçirilən Azərbaycan – Almaniya matçını şərh edib. Komandamızın 1:3 hesablı yenilgisiylə nəticələnən qarşılaşmadan sonra milli üzvü bunları dilə gətirib:
“Almaniya hazırda Avropanın ən güclü yığmalarından hesab olunur. Oyunun əvvəlində bizim qol vurmaq üçün yaxşı vəziyyətlərimiz oldu. Xüsusilə də, Vüqar Nadirovun uzaqdan zərbəsi zamanı qapı tiri qonaqları qoldan xilas etdi. Əlbəttə, sonradan almanlar topa daha çox nəzarət etməyə başladılar. Fikrimcə, dünən biz heç də pis oynamadıq”.