8 iyun 2011 17:00
Diniyev: Astanada belə oynaşaydılar, dəqiq uduzmazdıq
Yığma komandamızın sabiq baş məşqçisi Şahin Diniyev dünən AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan – Almaniya oyununu şərh edib. Azerisport.az saytına müsahibəsində təcrübəli mütəxəssis 1:3 hesablı yenilgi ilə bağlı bunları dilə gətirib:
“Almaniya bəlkə də tarixi ərzində ən gənc heyətini meydana çıxarmışdı. Amma bütün bunlara rəğmən, Azərbaycan yığması da yaxşı görünürdü. Bizimkilər bu dəfə Qazaxıstandakı ilə müqayisədə daha yaxşı oynadılar. Əgər Astanada da belə oynaşaydılar, dəqiq uduzmazdılar. Səhvlər isə həmişəki kimi yenə var idi”.