8 iyun 2011 17:30
Bakı Muğan`ın müdafiəçisi ilə güclənir
“Muğan”ın müdafiəçisi Novruz Məmmədov bundan sonra karyerasını Bakıda davam etdirəcək. Azerisport.az xəbər verir ki, gənclərdən ibarət millimizin də şərəfini qoruyan futbolçu paytaxtın eyniadlı klubunun şərəfini qoruyacaq.
Hazırda “Bakı” rəhbərliyi bu transferlə bağlı xırda detalları dəqiqləşdirməklə məşğuldu. Aleksandr Starkovun komandası Məmmədova görə ödəniləcək məbləği də razılaşdırdıqdan sonra, onunla 1 illik müqavilə bağlayacaq.
