8 iyun 2011 18:40
Noyer: Azərbaycanlı futbolçu dəqiq oynasaydı, qapımı qoruya bilməyəcəkdim
Almaniya yığmasının qapıçısı Manuel Noyer AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində dünən keçirilən Azərbaycan yığmasıyla oyunu şərh edib. Azerisport.az xəbər verir ki, yaxınlarda Münhen “Bayern”inə keçən futbolçu komandasının 3:1 hesablı qələbəsiylə başa çatan qarşılaşma ilə bağlı bunları dilə gətirib:
“Əsas azarkeşləri qeyd etmək istərdim. Stadionu tam doldurmuşdular və belədə istər-istəməz futbolçular da baxımlı oyun sərgiləməyə borclu idilər. Bəzi epziodlarda çətinliklərim oldu. Xüsusilə də oyunun əvvəlində Azərbaycan yığmasının 8 nömrəli futbolçusu (Аleksandr Çertoqanovu nəzərdə tutur – red.) dəqiq oynasaydı, mən qapımı qoruya bilməyəcəkdim. Məğlub olmalarına baxmayaraq, meydan sahibləri yaxşı təsir bağışladılar”. (uefa.com)