8 iyun 2011 11:30
Murad Hüseynov: Oyunumuzla buna layiq idik
Azərbaycan yığmasının və “Qəbələ” klubunun hücumçusu Murad Hüseynov AÇ-2012-nin seçmə mərhələsinin dünən keçirilən Almaniya ilə oyunundan sonra azerisport.az saytının suallarını cavablandırıb.
- Bu qarşılaşma sizin doğma azarkeşlər önündə debüt oyununuz idi və qolla tamamlandı...
- Təəssüf ki, nəticə bizim üçün elə də uğurlu alınmadı. Ümumiyyətlə, məğlubiyyətdən sonra danışmaq çox çətindi. Mənasız qollar buraxdıq. Yaxşı olardı ki, belə qollar buraxmayaq. Məsələn, elə ilk qolda Mesut Özil sadəcə qapı istiqamətində topu göndərdiyi halda top dirəyə toxunub tora qovuşdu.
- Amma razısız ki, almanlar istəsəydi, daha çox qol da vura bilərdilər?
- Düşünmürəm ki, daha çox qol ola bilərdi. Biz də öz növbəmizdə az qol epizodu yaratmadıq. Məsələn, Vüqar Nadirovun qol vurduğu epizodda ofsayd yox idi. Elə birinci hissədə də iki dəfə qol vurmaq imkanımız var idi.

- Berti Foqts sizi meydana buraxanda nə dedi?
- Xüsusi nəsə söyləmədi. Top qazanmalı və sona kimi mübarizə aparmalıydım. Qalan dəqiqələrdə meydanda bütün gücümü qoymalıydım. Qazaxıstana məğlubiyyətdən sonra azarkeşlər qarşısına çıxmaq bir qədər utancvericiydi.

- Siz nəinki top qazandınız, həm də görüşdəki yeganə qolumuzu vurdunuz...
- Buna görə şadam. Amma tam sevinə bilmirəm. Gecə mənim nənəm dünyasını dəyişib. Bu qolu ona həsr edirəm.
- Qoldan sonra nəyə dua edirdiz?
- Mən bu qola görə təşəkkürümü bildirdim. Təəssüf ki, almanlardan xal ala bilmədik. Oyunumuzla buna layiq idik.
- Mən bu qola görə təşəkkürümü bildirdim. Təəssüf ki, almanlardan xal ala bilmədik. Oyunumuzla buna layiq idik.