8 iyun 2011 11:40
Mesut Özil türkcə danışmaqdan imtina etdi
Almaniya yığmasının yarımmüdafiəçisi Mesut Özil türkcə danışmaqdan imtina edib. Azerisport.az xəbər verir ki, Bundestimin türk əsilli futbolçusu azərbaycanlı jurnalistlərə türk dilində açıqlama verməyə razı olmayıb.
Dünən Bakıda keçirilən millimizlə oyundan sonra media nümayəndələri Mesut Özilə yaxınlaşaraq ona türk dilində oyun haqda fikirlərini bölüşməyi xahiş etsə də, futbolçu üz çevirərək avtobusa yollanıb. Qeyd edək ki, İspaniyanın “Real” klubunun oyunçusu bu görüşdə komandasının ilk qolunu vurmaqla yanaşı, ikinci qolun da ötürməsini verdi.
