8 iyun 2011 12:02
Qarabağ Türkiyədə türk dünyasının başarılı takımı adını aldı
Türkiyənin Aralıq dənizi sahilində yerləşən Mersin şəhərində “2013 Mersin Ağdəniz oyunları”nın tanıtımı və bölgənin “Çuxurova Express” nəşrinin təşkilatçılığıyla “ilin uğur mükafatları” mərasimi keçirilib. Azerisport.az xəbər verir ki, tədbirdə ölkəmiz də təmsil olunub.
Mersində baş tutan tədbirdə türk idman camiəsinin məşhur isimləri çıxış edib. Türkiyənin məşhur idman yazarı Ömər Üründül, sabiq “Fenerbahçe”li Sadəddin Saran, “Beşiktaş”ın mətbuat xidmətinin rəhbəri Metin Düren, TRT-nin aparcısı Kerem Öncel, “Genclerbirliği”nin baş məşqçisi Giray Bulak və bir sıra başqa ünlülər tədbirin iştirakçıları və təltif olunanları idi. Qardaş ölkənin ilk idman radiosu olan “Radyospor”un aparıcıları Figen Civan və İlker Koçun aparıcılıq etdiyi tədbirdə Azərbaycandan “Qarabağ” da ən yaxşılar arasında olub.
Belə ki, “Qarabağ”a tədbirdə 2 mükafat təqdim olunub. Ağdam klubunun vitse-prezidenti Tahir Gözel Türkiyə - Azərbaycan idman münasibətlərinin inkişafına verdiyi töhfə və başarılara görə “Hizmet Onur Ödülü” mükafatına layiq görülüb. Eyni zamanda klub olaraq, son iki ildə avrokuboklarda qazanılan nəticələrə görə “Qarabağ” “Türk dünyasının başarılı takımı” diplomuna sahib çıxıb.
