8 iyun 2011 00:14
"Yenə məğlub olduğumuz üçün məyusuq"
Millimizin və “Qarabağ”ın müdafiəçisi Rəşad Sadıqov Bakıda keçirilən Almaniya ilə AÇ-2012-nin seçmə mərhələ oyununu şərh edib. Azerisport.az saytına açıqlamasında kapitan 1:3 hesablı yenilgi ilə bağlı bunları dilə gətirib:
“Yenə məğlub olduğumuz üçün çox məyusuq. Onlar bizdən güclü idilər və bunu bir daha nümayiş etdirdilər. Hesab 1:2 olandan sonra biz nəsə edə bilərdik. Amma üçüncü qol artıq bizi dayandırdı”.
