8 iyun 2011 00:21
Elnur Allahverdiyev: Astanadakından yaxşı oynadıq
Millimizin və “Xəzər Lənkəran”ın müdafiəçisi Elnur Allahverdiyev Bakıda keçirilən Almaniya ilə AÇ-2012-nin seçmə mərhələ oyununu şərh edib. Azerisport.az saytına açıqlamasında sol cinah müdafiəçimiz 1:3 hesablı yenilgi ilə bağlı bunları dilə gətirib:
“Biz bu gün Astanada Qazaxıstana qarşı sərgilədiyimiz oyundan daha yaxşı futbol oynadıq. Amma yenə uğur qazana bilmədik. Özünüz də gördünüz ki, sona kimi mübarizə apardıq. Hətta qol da vurduq. Amma bu, məğlubiyyətdən qaçmağımıza şərait yaratmadı”.
