8 iyun 2011 12:22
Qomes: Azərbaycandan belə oyun gözləmirdim
Almaniya yığmasının hücumçusu Mario Qomes AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində Bakıda keçirilən millimizlə oyunu şərh edib. Azerisport.az xəbər verir ki, 3:1 hesablı qələbəyə sevinən Bundestimin forvardı bunları dilə gətirib:
“Çox şadam ki, qələbə qazandıq. İndi Bundestim Avropa çempionatı haqda düşünə bilər. Rəqibimiz ötən oyunla müqayisədə bu dəfə daha yaxşı oynadı. Onlar çoxlu hücumlar təşkil edirdilər. Azərbaycan yığmasından belə oyun gözləmirdim. Amma istənilən halda biz səviyyə fərqini göstərdik və qələbə qazandıq. Axı biz Avropa çempionatına çıxmaq üçün mübarizə aparırdıq”.