8 iyun 2011 00:26
Foqts: Artıq 7-ci dəfədi ki, əlavə dəqiqələrdə qol buraxırıq
Millimizin baş məşqçisi Berti Foqts Bakıda keçirilən Almaniya ilə AÇ-2012-nin seçmə mərhələ oyununu şərh edib. Azerisport.az xəbər verir ki, almaniyalı mütəxəssis həmyerlilərinə 1:3 hesablı yenilgi ilə bağlı bunları dilə gətirib:
“İlk növbədə Almaniya yığmasını qələbə münasibətilə təbrik edirəm. Mən almanların oyunundan razı qaldım. Əgər onlar belə davam etsələr, Avropa çempionu olacaqlar. Mənim komandama gəlincə, ilk 30 dəqiqədə biz çox yaxşı oynadıq. Amma sonrakı dəqiqələrdə elə aqressiv ola bilmədik. Bizim buraxdığımız səhvləri təbii ki, Almaniya yığması bağışlamazdı. Məni xüsusilə üçüncü qol çox üzdü. Artıq yeddinci dəfədi ki, əlavə olunmuş dəqiqələrdə qol buraxırıq”.
