8 iyun 2011 00:53
Berti Foqts: Sizə söz verirəm ki...
Millimizin baş məşqçisi Berti Foqts Bakıda keçirilən Almaniya ilə AÇ-2012-nin seçmə mərhələ oyununu şərh edib. Azerisport.az xəbər verir ki, almaniyalı mütəxəssis həmyerlilərinə 1:3 hesablı yenilgi ilə bağlı öncə bunları dilə gətirib:
- İlk növbədə Almaniya yığmasını qələbə münasibətilə təbrik edirəm. Mən almanların oyunundan razı qaldım. Əgər onlar belə davam etsələr, Avropa çempionu olacaqlar.
- Bəs öz komandamızın oyununu necə dəyərləndirərdiz?
- Mənim komandama gəlincə, ilk 30 dəqiqədə biz çox yaxşı oynadıq. Amma sonrakı dəqiqələrdə elə aqressiv ola bilmədik. Bizim buraxdığımız səhvləri təbii ki, Almaniya yığması bağışlamazdı. Məni xüsusilə üçüncü qol çox üzdü. Artıq yeddinci dəfədi ki, əlavə olunmuş dəqiqələrdə qol buraxırıq. Qolları müdafiəçilərimizin səhvləri ucbatından buraxdıq. Arxa xətt oyunçularımız daha ayıq-sayıq olmalıdılar. Amma komandamı çox tənqid etmək istəməzdim. Murad Hüseynovu xüsusi qeyd etmək istərdim. O, bir neçə ay öncə klubsuz bir futolçu idi. İndi isə Almaniyaya qol vurur.

- Siz, rəqib həmkarınız Yoahim Lövə zəif oynadıqlarına görə təşəkkür etdiniz?
- Əgər siz Almaniyanın bu gün zəif oynadığını iddia edirsizsə, onda oyunu yaxşı izləməmisiz.
- Son münaqişə ilə bağlı fikirlərinizi bilmək istərdik. Həmin hadisə zamanı sizə hücum olmuşdu, yoxsa etiraz aksiyası?
- Hansısa 3 səfeh mənə aqressiv formada nəyisə başa salmağa çalışırsa, mən bunu hücum kimi qiymətləndirirəm. Mənim şahidim var, tərcüməçim.
- İstefa vermək fikriniz yoxdu?
- Mənim hələ tsiklin sonuna kimi müqaviləm var. Heç yerə getməyə hazırlaşmıram.
- Mənim hələ tsiklin sonuna kimi müqaviləm var. Heç yerə getməyə hazırlaşmıram.
- Komandanın son dəqiqələrdə qol buraxmamasına nail olmaq üçün nə etməyə hazırlaşırsız?
- Bu, konsentrasiyadan və təcrübəsizlikdən irəli gəlir. Biz bütün bu məqamlar üzərində çalışırıq. Sizə söz verirəm ki, gələcəkdə belə səhvlər az olacaq. Komanda zəif oyun sərgiləyirsə, bunda baş məşqçi günahkardı. Baş məşqçi tənqidlərə hazır olmalıdı. Amma tənqid təhqirə, hücuma çevrilməməlidi. And içməyə hazıram ki, onlar Azərbaycan mentalitetindən kənar adamlardı. Xalq burda tamamilə başqa cürdü.