9 iyun 2011 13:00
Rusiya çempionatında Azərbaycan derbisi - 7:4
Rusiyada çimərlik futbolu üzrə ölkə çempionatının birinci mərhələsinə start verilib. Azerisport.az xəbər verir ki, millimizin iki üzvünün çıxış etdiyi Saratov “Delta”sı mövsümə məğlubiyyətlə başlayıb.
Emin Kürdovla Elvin Quliyevin formasını geydiyi bu komanda start matçında Moskva “Stroqino”suna yenilib. Paytaxt təmsilçisinin 7 qoluna həmyerlilərimizin komandası sadəcə 4 qolla cavab verə bilib.
Maraq üçün qeyd edək ki, “Stroqino”nun heyətində də Azərbaycan yığmasının bir üzvü yer alır. Bu, futzal millimizin çərçivə qoruyucusudu Andrey Tveryankindi. O, müvəqqəti olaraq gücünü məhz bu çempionatda sınamağa qərar verib.
