9 iyun 2011 13:16
Laziodan Galatasaraya ağır zərbə
Türkiyənin “Galatasaray” klubunun heyətinə qatmaq istədiyi Almaniya yığmasının hücumçusu Miroslav Klozenin çıxış edəcəyi komanda müəyyənləşib. Azerisport.az xəbər verir ki, AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində millimizin rəqiblərindən olan Almaniya yığmasının forvardı İtaliya klublarından “Lazio” ilə anlaşıb.
Artıq İtaliya klubu rəsmi saytı vasitəsilə yaydığı məlumatda Klozenin bir “Lazio”lu olduğunu bəyan edib. Bununla da “sarı-qırmızılar”ın almaniyalı hücumçu ilə güclənmək arzusu reallaşmayıb.
Qeyd edək ki, əslində Kloze “Lazio”dan öncə “Galatasaray”la anlaşmışdı. Lakin son anda futbolçunun həyat yoldaşı uşaqlarının təhsilini əsas gətirərək, bu transferə razılıq verməmişdi.
