9 iyun 2011 13:49
İqor Ponomaryov: Belə oynamaq olmaz
Azərbaycan yığmasının sabiq baş məşqçisi İqor Ponomaryov azerisport.az saytına müsahibəsində AÇ-2012-nin seçmə mərhələsində Qazaxıstan (1:2) və Almaniyaya məğlubiyyətlərdən (1:3) danışıb.
- Almaniya ilə oyunu necə qiymətləndirərdiz?
- Yığma zəif oynadı. Meydana çıxan futbolçular heç də düzgün oynamırdılar. Yarımmüdafiə xətti hücuma dəstək vermirdi. Onlar sanki bu xəttlər arasındakı əlaqəni unutmuşdular. Meydandan anlaşılmaz oyun gedirdi. Müdafiə xətti çox kobud səhvlər buraxırdı. Onlar normal müdafiə oluna, orta sahəyə dəstək verə bilmirdilər.

- Sizcə, problem nədən irəli gəlirdi?
- Həm Qazaxıstan, həm də Almaniya ilə oyunlar üçün çox yanlış futbolçu seçimlərinə əl atılmışdı. Elə görünürdü ki, meydandakı futbolçular öz funksiyalarını yerinə yetirə bilmirdilər. Cavid Hüseynov Astanada meydanın mərkəzində oynayırdı, halbuki, ora onun yeri deyil. Aşkar görünürdü ki, həmin mövqedə oynaya bilmir. Almaniya ilə oyunda da Aleksandr Çertoqanovun mövqeyi anlaşılmaz idi. O, qapıya qeyri-dəqiq zərbəsindən başqa heç nə ilə yadda qalmadı. Vüqar Nadirov demək olar ki, heç hərəkət etmədi. Əgər futbolçu 90 dəqiqə oynaya bilmirsə, heç olmasa 20-30 dəqiqə layiqli oyun sərgiləsin. Belə futbol oynamaq olmaz.

- Belə çıxır ki, Berti Foqtsun oyunçu seçimləri özünü doğrultmur?
- Mənə elə gəlir ki, bu oyunlara daha fərqli yanaşmaq olardı. Məsələn, mən Əfran İsmayılovun əvəzlənməsinin əleyhinə idim. O, normal oynayırdı. Əgər Nadirovu əvəzləsəydi, daha yaxşı olardı. Əfran irəlidə daha yaxşı oynaya bilərdi. Vaqif Cavadov irəlidə tək idi və heç nə edə bilmirdi. Yığma komanda çox dişsiz görünürdü.

- Bu vəziyyətdən çıxış yolunu nədə görürsüz?
- Bilirsiz, Foqtsun işi barədə mən heç nə deyə bilmərəm. Bu suallar onun ünvanına olmalıdı. Bu problemləri AFFA-da oturanlar həll etməlidilər. Azərbaycan futbolunun inkişafına onlar cavabdehdilər. Mən sadəcə mütəxəssis kimi son oyunlarla bağlı fikirlərimi bildirdim. Oyun heç də gözlədiyimiz kimi deyildi. Oyunçu seçimləri düzgün deyildi.

- Tezliklə, avrokubokların yeni mövsümü başlayır. Klublarımızdan nə gözləyirsiz?
- Bütün klublarımıza uğurlar arzulayıram. Hamısına azarkeşlik etmiş olacağıq. Məhz bu oyunlarda Azərbaycan futbolunun əsl səviyyəsinin şahidi olacağıq. Çünki orda rəqiblər tam fərqli oynayırlar. Hesab edirəm ki, klublarımızdan uğurlu nəticə gözləmək olar. Məsələn, Çempionlar Liqasında iki mərhələ adlamaq tam real görünür. Amma “Neftçi”nin bunu nə dərəcədə bacaracağını deyə bilmərəm. Çünki öncə püşkatmanı gözləmək lazım gəlir. Güclü rəqiblərlə düşsək, elə ilk mərhələdəcə çıxışımızı dayandıra bilərik.
- Bəs digərlərinin şanslarını necə qiymətləndirisiz?
- “Xəzər Lənkəran” çempionatın son dönəmini zəif oynadı. Qızıl uğrunda mübarizədə də məğlub oldu. Ona görə də bu komanda haqda nəsə deməkdə çətinlik çəkirəm. AZAL tamamilə yeni komandadı. Onlar “Bakı” və “İnter”i qabaqlamaqla sürpriz etdilər. Təcrübələri az olsa da, düşünürəm ki, onlardan yaxşı oyun gözləmək olar. Çox şey rəqibdən asılı olacaq. Daha böyük ümidlərim “Neftçi” ilə “Qarabağ”adı. Ağdamlılar ötən mövsümlərdə də bizi ən çox sevindirən komanda olub və təcrübələri var.
- Yeni iş təklifləri alırsızmı?
- Hələlik istirahət edirəm. Bakıya 100 illik yubiley tədbirlərində iştirak etmək üçün gəlmişdim. Amma belə iş təklifi almamışam.

- Niyə?
- Bu sual artıq mənə ünvanlanmamalıdı.