9 iyun 2011 14:14
Xəzər Lənkəran hamıdan gec toplaşacaq
“Xəzər Lənkəran” Avropa Liqasının hazırlıqlarına digər təmsilçilərimizin hamısından gec start verəcək. Azerisport.az xəbər verir ki, komanda iyunun 16-da bir araya gələcək.
Yalnız bundan sonra Avroliqanın hazırlıqlarına başlayacaq cənub təmsilçisinin təlim-məşq toplanışı ilə xırda detallar hələlik dəqiqləşməyib.
Maraq üçün qeyd edək ki, Çempionlar Liqasındakı təmsilçimiz “Neftçi”, eləcə də Avroliqadakı digər təmsilçilərimiz AZAL ilə “Qarabağ” hazırlıqlara start verib. “Xəzər Lənkəran” isə Azərbaycan kubokunun sahibi kimi Avropa Liqasına birbaşa ikinci mərhələdən başlayacaq. Görünür, cənub təmsilçisinin bu arxayınlığı da məhz sözügedən məqamla bağlıdı.
