9 iyun 2011 15:14
AZAL da Avroliqanın hazırlığına start verdi
Bu il ölkəmizi Avropa Liqasında təmsil edəcək AZAL hazırlığa start verib. Azerisport.az xəbər verir ki, iyun ayının 5-də Bakıda bir araya gələn komandanın üzvləri 3 günlük tibbi müayinədən və normativlərdən sonra bu gündən təlim-məşq toplanışına cəlb olunub.
"Airport" oteldə məşkunlaşan komanda gündə iki dəfə məşqə çıxır. Səhər Mərdəkanda dəniz qırağında fiziki hazırlıq keçən futbolçular axşam Şüvəlandakı stadionda məşq edir. Qeyd edək AZAL iyun ayının 15-dək bu qrafiklə hazırlaşacaq. Toplanış müddətində komandanın iki yoxlama oyununda qüvvəsini sınayacağı da gözlənilir. Rəqiblərin kimliyi hələ məlum olmasa da matçlardan birinin ayın 12-də baş tutacağı dəqiqdi.
