9 iyun 2011 15:26
Futbolçuları uduzdu, Ramiz Məmmədov təşəkkür etdi
Qazaxıstanın “Atırau” klubunun baş məşqçisi Ramiz Məmmədov Superliqanın dünən baş tutan 14-cü turunun “Astana” ilə səfər oyunundakı məğlubiyyəti (2:3) şərh edib. Azerisport.az xəbər verir ki, o, komandasının cari mövsümdəki 5-ci yenilgisiylə bağlı bunları dilə gətirib:
“Mən öz futbolçularıma təşəkkürümü bildirirəm ki, onlar 3 top buraxmağımıza baxmayaraq, ruhdan düşmədilər, sona kimi mübarizə apardılar, iki qol vurdular. Eyni zamanda “Astana”nı da qələbə münasibətilə təbrik edirəm. İlk qola kimi tamamilə bərabər səviyyəli oyun gedirdi. Rəqib heç qapımıza yaxınlaşa da bilmirdi. Amma ilk təhlükəli hücum qolla nəticələndi. Bu qoldan sonra komanda bir qədər sındı. Buna baxmayaraq, komandam əsl xarakter göstərdi. 0:2-dən sonra biz irəlidə nəsə göstərmək istərkən, üçüncü qolu da buraxdıq. İstənilən halda komandamın qətiyyən ruhdan düşməyib, sona kimi mübarizə aparması xoşdu. Buna görə uşaqlara minnətdaram”.